Fransanın paytaxtı Parisdə keçirilən veteran cüdoçular arasında dünya çempionatında millimizin medal sayı 3-ə çatıb.
“Report” Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq), M4 kateqoriyasında isə Zaur Bağırov (+100 kq) bürünc medal qazanıblar.
Təmsilçilərimiz üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq fransalı Erik Şillevaerti və Sedrik Deguzeni məğlub ediblər.
Qeyd edək ki, ilk yarış günündə Qurban Məmmədli də (M2, +100 kq) bürünc medal əldə etmişdi.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

