Qazaxıstanda qızqaçırma ilə bağlı 15 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Qazaxıstan hüquq mühafizə orqanları nikaha məcbur etməyə görə
Cinayət Məcəlləsinə ayrıca maddə əlavə edən yeni qanunun qüvvəyə
minməsindən sonra 1,5 ay ərzində gəlin qaçırma hadisəsi ilə bağlı
15 nəfəri saxlayıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər
Nazirliyinin media mərkəzi məlumat yayıb.




Nazirliyin məlumatına görə, yeni dəyişikliklərin qüvvəyə mindiyi
vaxtdan bəri daxili işlər orqanlarının bölmələri Qaraqandı,
Manqıstau, Cambıl, Türküstan vilayətlərində və Şimkent şəhərində
nikaha məcburetmə faktı üzrə yeddi cinayət işi açıblar.

Bundan əlavə, polis küçələrdə qadınların qaçırılması hallarını
əks etdirən müşahidə kameralarından əldə olunmuş videoları dərc
edib. Qurum şahidlərə belə hallara laqeyd qalmamağı və dərhal
polisə məlumat verməyi tövsiyə edib.