
Lənkəranda bir neçə gün əvvəl əməliyyat olunan xəstə ölüb.
“Report”un cənub bürosunun məlumatına görə Lənkəran şəhər sakini 1965-ci il təvəllüdlü Şiyavuş Fərəculla oğlu Rzayev oktyabrın 28-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yırtıq səbəbləri ilə daxil olub və əməliyyat olunub.
Ailə üzvlərinin sözlərinə görə, əməliyyatdan sonra S.Rzayev özünü pis hiss edib. Məlum olub ki, pasiyentin bağırsağı deşilib və buna görə onun qarnı şişib, zəhərlənmə verib. Bu səbəbdən təkrar əməliyyat aparılıb. Lakin, gec olduğundan xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


