Xüsusi təhsilli uşaqların valideynlərinə 8,1 milyon manat ayrılacaq

Baş səhifə

Bakı. Trend:

Xüsusi təhsilə cəlb olunan 13412 nəfərin valideynlərinə və ya
qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə,
sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə
aparıb-gətirmək üçün aylıq müavinət üçün 8,1 milyon manat vəsait
ayrılacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini
tapıb.




Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon
manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə
78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə
müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.