
Azərbaycanda qanunvericiliyə edilən dəyişikliklər ailə streotiplərində fərq yaradıb.
“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son beş ildə ailə institutunun möhkəmləndirilməsi üçün qanunvericilik bazasına ciddi diqqət yetirilib:
“Dövlət Komitəsi bu istiqamətdə bir sıra təkliflər verib. 2020–2025-ci illər ərzində qəbul edilmiş hüquqi sənədlərə 7 qanunvericilik dəyişikliyi, 11 qayda və əsasnamə, 33 rəy və təklif, 3 dövlət proqramı qəbul olunub. Bu sənədlər ailə streotiplərinə ciddi dəyişiklik etməsə də, fərq yaradıb. Eyni zamanda, ailə məişət məsələlərindən əziyyət çəkənlərin hüququnun müdafiəsinə kömək edib”.
B.Muradova həmçinin bildirib ki, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” bu il yekunlaşacaq:
“Növbəti il daha başqa fəaliyyət planı üzərində işləniləcək”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


