
Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şener “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov barədə danışıb.
Metbuat.az xəbər verir ki, o, Qurban Qurbanovu tərifləyib. Şərhçi sosial media hesabında bildirib ki, Qurbanovun adı artıq Türkiyə klubları ilə deyil, Avropa nəhəngləri ilə hallanmalıdır. Ertem Şener Qurbanovun Avropa nəhənglərinə layiq məşqçi olduğunu ifadə edib. Şərhçinin sözlərinə görə, o, “Real Madrid”, “Barselona”, “Mançester Siti” və ya “Bavariya” kimi nəhəng klublara layiq məşqçidir. Ertem Şener Qurban Qurbanovun ağıllı və istedadlı məşqçi olduğunu qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

