“Microsoft” Birləşmiş Ərəb Əmirliklərinə 8 milyard dollar sərmayə yatıracaq

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “Microsoft” korporasiyası Birləşmiş Ərəb Əmirliklərində
(BƏƏ) məlumatların emalı mərkəzlərinə, bulud hesablamalarına və
əməkdaşlara 2029-cu ilədək 8 milyard dollar xərcləməyi
planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.




Məlumata görə, bu sərmayə BƏƏ-ni qlobal texnologiya mərkəzinə
çevirmək məqsədi daşıyır. Ümumilikdə “Microsoft” 2023-cü ildən
2029-cu ilədək Körfəz ölkəsinə 15,2 milyard dollar həcmində
investisiya yatırmağı planlaşdırır.

Şirkətin prezidenti Bred Smit bildirib ki, “Microsoft” 2026-cı
ilin əvvəlindən 2029-cu ilədək BƏƏ-də bulud və süni intellekt
infrastrukturlarının inkişafına 5,5 milyard dollardan çox vəsait
ayırmağı nəzərdə tutur.