
Bakı.Trend:
Sabunçu rayonunda nəqliyyat vasitəsindən oğurluq edilib.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, zərərçəkən polisə müraciət edərək “Changan”
markalı avtomobilindən pul vəsaitinin naməlum şəxs tərəfindən
talandığını bildirib.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı R.Zeylanov
müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


