
Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i
gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın
ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.
Trend xəbər verir ki,bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bİldirilib ki, Azərbaycanın rayonlarında noyabrın 4-dən 5-i
gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək
çaxacağı ehtimal olunur.


