Bakı şəhərí Xətai rayonu Rűfət Məmmədov adına 269 saylı məktəbdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq 2A və 2B sinfinin təşkil etdiyi “Ana dili milli varlığımızın aynasıdır” adlı nümunəvi tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Tədbiri giriş sözü ilə başlayan məktəbin rəhbərliyi Aygün xanım Əzizova tədbir iştirakçılarını salamlayaraq bu gün münasibəti ilə hər kəsi təbrik etdi və ana dilimizin tarixi, zənginliyi barədə şagirdlərimizə məlumat verdi. Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Cəmilə Əliyeva,Kəmalə Budaqova,Şəfanə Əhədova Beynelxalq Ana Dili Günü haqqında şagirdlərə məlumat verərərk, ana dilmizi hər zaman qorumağın vacibliyini onların diqqətinə çatdırdılar. Və bildirdilər ki, bu dil bizim ruhumuzun hər hissinin, həm sevincinin, həm də kədərinin tərcümanıdır. Daha sonra tədbir Ana dili gününə həsr olunmuş videoçarx və şagirlərimizin ana dili ilə bağlı şeir və nəğmələri ilə davam etdi.
Məktəbin direktoru Aygün xanım Əzizova,təlim tərbiyə işləri üzrə direktor müavini Samirə Həsənova,məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Nəzrin Vəkilova ,qarlı hava şəraitinə baxmayaraq, tədbirdə həvəslə çıxış edən hər bir şagird və müəllim heyətini həvəslə dinləyərək ,alqışlayıblar .Műqəddəs Ana dilimizə gőstərilən bu etimad,gələcəyimizin ən parlaq nůmunəsidir .












