
Bakı. Trend:
Bu gün Misli Premyer Liqasının X turu çərçivəsində iki oyun baş
tutacaq.
Trend xəbər verir
ki, günün ilk qarşılaşmasında “Turan Tovuz” doğma meydanda “Şamaxı”
ilə üz-üzə gələcək. Oyun saat 16:00-da başlayacaq.
Daha sonra “Sumqayıt” klubu “Araz-Naxçıvan”ı qəbul edəcək. Bu
görüş isə saat 18:30-da start götürəcək.
Turnir cədvəlinə əsasən, 18 xalla 3-cü yerdə qərarlaşan “Turan
Tovuz” liderlər qrupunda yer alır. “Şamaxı” 10 xalla 9-cu
pillədədir.
“Araz-Naxçıvan” 16 xalla 4-cü, “Sumqayıt” isə 14 xalla 5-ci
yerdə qərarlaşıb.
16:00. “Turan Tovuz” – “Şamaxı”
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”


