2030-cu ilə qədər smartfonlar süni intellekt tərəfindən əvəz olunacaq – İlon Mask

Baş səhifə

Bakı. Trend:

Amerikalı milyarder İlon Mask yaxın gələcəkdə smartfonların
tamamilə yox olacağını və onların yerini süni intellekt əsaslı
cihazların tutacağını bildirib.

Trend xəbər verir
ki, bu fikri sahibkar teleaparıcı Co Roqanın verilişində
səsləndirib.




Onun sözlərinə görə, 2030-cu ilə kimi əməliyyat sistemləri və
tətbiqlər artıq mövcud olmayacaq, onları süni intellekt
funksiyaları ilə təchiz edilmiş ekranlı və səsli qurğular əvəz
edəcək.

Mask əlavə edib ki, gələcəyin süni intellekti insan istəklərini
qabaqcadan anlamaq və onlara uyğun reaksiya vermək qabiliyyətinə
malik olacaq.