Kamçatka diyarında (Rusiya – Qeyd) mütəxəssislər son 24 saat ərzində dörd yeraltı təkan qeydə alıblar.
“Report”un məlumatına görə, bu barədə vilayətin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Son 24 saat ərzində maqnitudası 3,9-dan 4,5-ə qədər olan 4 afterşok baş verib. Onlar məskunlaşma ərazilərində hiss olunmayıb”, – məlumatda deyilir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

