SOCAR-ın Qaz İxrac İdarəsinin yanvar-sentyabr ayları üzrə ixrac gəlirləri AÇIQLANIB

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin ixrac gəlirləri 47,1
milyon ABŞ dolları təşkil edib.

Trend bu
barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayına istinadən xəbər verir ki, ötən
ilin eyni dövründə administrasiya ixracdan heç bir gəlir əldə
etməyib.




Qeyd etmək lazımdır ki, qeyri-neft ixrac əməliyyatlarında
iştirak edən dövlət şirkətlərinin siyahısına SOCAR-ın Marketinq və
İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Siyahıdakı digər
şirkətlərə SOCAR Polymer MMC, AzerGold QSC, AzerAluminium MMC,
SOCAR Qaz İxrac İdarəsi, Azərpambıq Aqrar Sənaye Kompleksi MMC,
SOCAR-DALĞIC MMC, Azərbaycan Dəmir Yolları QSC, İstisu Mineral Su
Zavodu MMC və Naxçıvan Muxtar Respublikasının Energetika Xidməti
daxildir.