ƏÜO-nun hərbi qulluqçularının iştirak etdiyi “Dağ komando kursu” başa çatıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil
sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin
İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi
qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” başa
çatıb.

Müdafiə Nazirliyindən Trend
verilən məlumata görə, kursun başa çatması münasibətilə keçirilən
buraxılış mərasimində iki ölkənin Dövlət himnləri
səsləndirilib.

Çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə
bitirmələri münasibətilə təbrik edib, kurs müddətində qazanılan
bilik və bacarıqların onların döyüş vərdişlərinin artırılmasında,
eləcə də peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsində xüsusi
rol oynayacağını vurğulayıblar.




Sonda məzunlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Dağ komando kursu”nda dinləyicilərə sutkanın
istənilən vaxtı və müxtəlif şəraitlərdə müasir döyüş aparma
üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədilib.