Bu gün Serbiyada matəm günü elan olunub

Baş səhifə

Bakı. Trend:

Noyabrın 1-i Serbiyada matəm günü elan olunub.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bununla bağlı Serbiya hökuməti qərar
qəbul edib.




Məlumata görə, ötən il noyabrın 1-də Novi Sad şəhərindəki
dəmiryolu vağzalında 16 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması
ilə nəticələnən qəza ilə əlaqədar 1 noyabr tarixi ölkədə matəm günü
elan olunub.

Xatırladaq ki, faciəvi qəza bir il ərzində Serbiya gündəmini
dəyişib, müxtəlif şəhərlərdə tələbələrin kütləvi etirazlarına səbəb
olub. Bu müddət ərzində Baş nazir və digər nazirlər istefa verib.
Serbiya Milli Assambleyası hökumətin istefasını təsdiqləyib, ölkədə
yeni hökumət formalaşdırılıb.