Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Baltik hava
məkanını qorumaq üçün gələn payız ilk dəfə Estoniyaya gələcək.
Trend-in məlumatına görə, bu barədə Estoniya Xarici İşlər
Nazirliyi bildirib.
“Türkiyə NATO-nun şərq cinahının müdafiəsində, o cümlədən
Türkiyə təyyarələrinin gələn payızda gələcəyini gözlədiyimiz Emari
Hava Bazasındakı Baltik hava polisi missiyasında fəal iştirak
edir”, – deyə Türkiyənin xarici işlər naziri Marqus Tsahkna
Ankarada türkiyəli həmkarı Hakan Fidan və Türkiyə parlamentinin
Xarici İşlər Komitəsinin sədri Fuat Oktay ilə görüşdən sonra
bildirib.
M.Tsahkna bildirib ki, Estoniya Aİ-nin genişlənmə siyasətinə
sadiq qalır və Estoniyanın Aİ ilə Türkiyə arasında konstruktiv
dialoqun inkişafına, o cümlədən gömrük ittifaqının
modernləşdirilməsinə dəstəyini bir daha təsdiqləyib.

