
Bakı. Trend:
Oktyabrın 31-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ictimai
nəzarət qaydasında daxil olan müraciət əsasında Hənifə Ələsgərova
küçəsinə baxış keçirilib və ərazidəki yaşayış binasının alt
hissəsində yerləşən qeyri-yaşayış obyektinin qarşısında layihədən
kənar pilləkən qəfəsəsinin quraşdırıldığı müəyyən olunub.
Trend
xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
məlumat yayıb.
Bildirilib ki, faktla bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma
Baş İdarə əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata
keçirdiyi operativ tədbirlər nəticəsində müvafiq icazəverici
sənədlər olmadan aparılan tikinti fəaliyyətinin qarşısı alınaraq,
pilləkənin söküntüsü təmin edilib.

