
Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana
244,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac
olunub.
Trend bu barədə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac
icmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrünün
göstəricisi ilə müqayisədə 49,7 milyon ABŞ dolları və ya 25,5 faiz
çoxdur.
Belə ki, təkcə sentyabr ayında Azərbaycandan qeyd olunan ölkəyə
28,4 milyon ABŞ dolları həcmində qeyri-neft məhsulları göndərilib
ki, bu 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 24,1 faiz və ya 9
milyon ABŞ dolları çoxdur.
Oktyabr buraxılışında o da qeyd olunur ki, 2025-ci ilin
yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə
ixracat həcmi 2024-cü ilin analoji dövrü ilə müqayisədə 7,7 faiz
artıb və 2,6 milyard ABŞ dolları təşkil edib.

