
Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyinin və İsrailin “Technion” Texnologiya İnstitutu
ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yaxın
günlərdə kibertəhlükəsizlik sahəsində yeni tam təqaüdlü tədris
dalğası üçün qeydiyyata start verəcək.
Mərkəz ilk dəfə iştirakçılara unikal fürsət təqdim edir. Belə
ki, proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə
göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcıl
şirkətlərdə təcrübə şansı qazanacaq.
Proqram rəqəmsal bacarıqlarını inkişaf etdirmək,
kibertəhlükəsizlik sahəsində beynəlxalq səviyyəli biliklər qazanmaq
və gələcəyin peşəkarları sırasında yer almaq istəyən gənclər üçün
nadir imkan yaradır. Təlimlər “Technion” Texnologiya İnstitutunun
akademik heyəti tərəfindən aparılacaq və həm nəzəri bilikləri, həm
də real mühitdə praktiki məşğələləri əhatə edəcək.
Qeydiyyat yaxın günlərdə başlayır — fürsəti qaçırmayın və
rəqəmsal gələcəyin bir parçası olun!


