Birinci Qarabağ müharibəsinin itkin şəhidi Teymur Allahverdiyev Neftçalada dəfn edilib

Baş səhifə

Bakı. Trend:

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Teymur Qüdrət oğlu
Allahverdiyev oktyabrın 31-də Neftçala rayonunun Qaçaqkənd
kəndindəki qəbiristanlıqda dəfn olunub.

Trend xəbər
verir ki, əvvəlcə Qaçaqkənd kəndində itkin şəhidlə vida mərasimi
olub,cənazə namazı qılınıb.

Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin
nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər,
müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak
ediblər.




Vida mərasimindən sonra hərbi orkestrin və yaylım atəşinin
müşayiət itkin şəhid Qaçaqkənd kəndindəki qəbirstanlıqda torpağa
tapşırılıb.

Qeyd edək ki, Teymur Allahverdiyev 1967-ci ildə Neftçalanın
Qaçaqkənd kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi
zamanı döyüşlərə yollanıb, 1992-cü ildə Şuşa uğrunda gedən
döyüşlərdə itkin düşüb.

Teymur Allahverdiyev Birinci Qarabağ müharibəsində itkin düşmüş
hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn
olunan beş şəhiddən biridir.