
Bakı. Trend:
Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Səmərqənddə UNESCO
Ümumi Konfransı çərçivəsində macar həmkarı Peter Siyyarto ilə görüş
keçirib.
Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Naziri öz rəsmi “X” səhifəsində paylaşım
edib.
“Görüşdə Azərbaycanla Macarıstan arasında davam edən əməkdaşlığı
müzakirə etdik və regional və qlobal inkişaflarla bağlı fikir
mübadiləsi apardıq. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və
regional sülh və sabitliyin irəlilədilməsinə olan sadiqliyimizi bir
daha təsdiq etdik” ,-deyə məlumatda qeyd olunur.


