İnsanları paytaxtdan avtomobil gətirmək adı ilə aldadan şəxs tutuldu

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməli
törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Trend
xəbər verir ki, aparılan araşdırmalarla əvvəllər də məhkum olunmuş
32 yaşlı Tural Bağırovun müxtəlif şəxslərə paytaxtdan münasib
qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını
qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58500 manat
məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən olunub.




Faktla bağlı Naxçıvan ŞPİ-də dələduzluq maddəsi ilə cinayət işi
başlanılıb, araşdırmalar davam etdirilir.