Tramp ABŞ-yə qaçqınların qəbulu limitini azaldıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün qaçqınların
qəbulu limitini 7.5 min nəfər səviyyəsində müəyyən edib.

Trend “Reuters”
agentliyinə istinadən xəbər verir ki, 2025-ci ildə bu göstərici 125
min nəfər təşkil edirdi.




Bildirilir ki, indiki səviyyə ölkənin bütün tarixi ərzində ən
aşağı həddir. Kvotanın əsas hissəsi Cənubi Afrikadan olan
afrikalılara, eləcə də ölkələrində qanunsuz və ya ədalətsiz
ayrı-seçkiliyə məruz qalmış digər şəxslərə ayrılacaq.