“Azerconnect Group” ADA Universitetinin tələbələri üçün süni intellekt təlimləri keçirdi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” və ADA
Universitetinin birgə təşkilatçılığı ilə tələbələr üçün süni
intellektlə bağlı təlim təşkil edilib. “Süni intellekti kəşf edək”
adlı təlimə ümumilikdə ADA Universitetinin müxtəlif fakültələrində
təhsil alan 30-dan çox tələbə qatılıb.

Üç gün davam edən təlim sessiyası süni intellektin əsas
prinsipləri, onun etik aspektləri və real biznes mühitində tətbiq
imkanları kimi mövzuları əhatə edib. “Azerconnect Group”un süni
intellekt sahəsində ixtisaslaşmış komandası tərəfindən aparılan
təlimlərin məqsədi tələbələrdə süni intellekt sahəsinə marağı
artırmaq, onların bu istiqamətdə bilik və bacarıqlarını
genişləndirmək, həmçinin texnologiyanın real biznes problemlərinin
həllində praktik tətbiqini nümayiş etdirmək olub.

Sessiyalar zamanı süni intellektin bizneslərin inkişafı,
proseslərin optimallaşdırılması və qərar qəbuletmə proseslərinin
təkmilləşdirilməsində rolu kimi mövzulara xüsusi diqqət yetirilib.
İnteraktiv formada təşkil olunan təlimlər sual-cavab sessiyası ilə
davam edib. Sonda təlim iştirakçılarına sertifikatlar verilib,
fərqlənən tələbələrə mükafatlar təqdim edilib.

Qeyd edək ki, gənclərin peşəkar inkişafının dəstəklənməsi
“Azerconnect Group”un dayanaqlı inkişaf strategiyasının əsas
istiqamətlərindən biridir. Şirkət bu sahədə ölkədə həyata keçirilən
müxtəlif layihə və təşəbbüslərdə aktiv şəkildə iştirak edir.




“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək
texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil,
internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech,
Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji,
telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində
fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun
tərkibinə daxildir.