
Bakı. Trend:
Uorik və Monaş universitetlərinin alimləri yeni antibiotik –
metilenomisin C laktonu kəşf ediblər. Sözügedən antibiotik on
illiklər ərzində ən çox tədqiq edilən bakteriyalardan biri olan
“Streptomyces coelicolor”la bağlı sınaqlarda diqqətdən kənarda
qalıb.
Trend bu barədə
xarici KİV-lərə istinadən xəbər verir.
“Journal of the American Chemical Society” (JACS) jurnalında
dərc olunan bu kəşf tibb elmi sahəsində böyük tərəqqqiyə yol aça
bilər.
Məlum olub ki, bu birləşmə tanınmış “metilenomisin A”
antibiotikindən 100 dəfə daha təsirlidir və MRSA və VRE kimi
təhlükəli qram-müsbət bakteriyalara qarşı yüksək effektivlik
göstərir.
Tədqiqatçılar bu maddəyə təsadüfən rast gəliblər – onlar
metilenomisin sintezinin ara mərhələlərini öyrənərkən bu birləşməni
kəşf ediblər. Aparılan sınaqlar göstərib ki, yeni maddənin təsirinə
demək olar bir ay məruz qalan bakteriyalar dayanıqlılıq
rezistentlik inkişaf etdirə bilməyiblər. Bu isə müasir tibb üçün
son dərəcə nadir və mühüm xüsusiyyətdir.


