Beynəlxalq alim qrupu kainatın ilk ulduzlarının necə formalaşdığını araşdırır

Baş səhifə

Bakı. Trend:

Tel-Əviv, Leven və Amsterdam universitetlərindən olan alimlərdən
ibarət beynəlxalq tədqiqat qrupu III populasiya adlandırılan
birinci nəsil ulduzların təklikdə deyil cüt sistemlərdə
formalaşdırğını müəyyən ediblər.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Elmi araşdırmanın nəticələri “The Astrophysical Journal” elmi
dərgisində nəşr olunub.

Alimlərin sözlərinə görə, III populyasiya ulduzlarının kütləsi
günəş kütləsindən yüzlərlə, hətta minlərlə dəfə artıq ola bilərdi.
Belə obyektlər yalnız 100–200 milyon il mövcud olublar, lakin onlar
Kainatın görünüşünü dəyişməyə nail olublar: onların mərkəzində ağır
elementlər — karbon, oksigen və dəmir sintez olunub, sonradan
planetlər və canlı orqanizmlər formalaşıb.