Bakı. Trend:
Rusiyanın Moskva və Həştərxan şəhərlərində “Meduza” adlı
kompüter virusunu hazırlamış haker qrupu ifşa olunaraq hüquq
mühafizə orqanları tərəfindən saxlanılıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya DİN rəsmisi İrina Volk
açıqlama verib.
Onun məlumatına görə, üç gənc İT mütəxəssisi zərərli proqram
təminatını hazırlamaq, istifadə etmək və yaymaqda şübhəli
bilinir.
Hakerlər “Meduza” proqramını təxminən iki il əvvəl ixtisaslaşmış
forumlar vasitəsilə yaymağa başlayıblar. Virus istifadəçi hesab
məlumatlarını, kriptovalyuta pulqabıları haqqında məlumatları və
digər məxfi məlumatları oğurlamaq məqsədi daşıyırdı. Cari ilin may
ayında həmin şəxslər proqram təminatından istifadə edərək Həştərxan
vilayətindəki bir müəssisənin məlumatlarına icazəsiz giriş əldə
edib və qanunla qorunan xidmət məlumatlarını öz serverlərinə
köçürüblər.

