Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı

Baş səhifə

Bakı. Trend:

Bakıda Heydər Əliyev Mərkəzi Türkiyə Cümhuriyyətinin 102-ci
ildönümü münasibətilə bu ölkənin bayrağı ilə proyeksiya olunub.

Trend xəbər verir
ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşım edib.

“Qardaş Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edirik.
Bu dəqiqələrdə Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağının
işıqlandırılması qardaşlığımızın növbəti bir nümunəsidir”, –
Hacıyev paylaşımında qeyd edib.