Səbinə Əliyeva Monteneqro Ombudsmanına bu ölkədə saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı məktub ünvanlayıb

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Əliyeva son günlər Monteneqronun paytaxtı Podqoritsa şəhərində bir
sıra Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Monteneqro
Ombudsmanı Sinişa Bjekoviçə məktub ünvanlayıb.

Trend xəbər
verir ki, müvəkkil monteneqrolu həmkarına müraciət edərək, məsələni
öz nəzarətinə götürməsini və hazırda həbsdə olan Azərbaycan
vətəndaşlarının hüquqlarının Monteneqronun milli qanunvericiliyinə,
habelə beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun şəkildə
müdafiəsinin təmin edilməsini xahiş edib.
Ombudsman saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi
yardıma çatım və tərcüməçidən istifadə hüquqlarının təmininin
vacibliyini vurğulayıb.




Səbinə Əliyeva, həmçinin beynəlxalq sənədlərdə təsbit olunmuş
bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə uyğun
olaraq, etnik, milli və ya dini zəmində hər hansı bir
ayrı-seçkiliyin, nifrət dolu çıxışların və ya düşmənçilik
münasibətlərinin qarşısının alınmasının vacibliyini də
vurğulayıb.