​Volkan Dəmirəlin yeni klubu bəlli oldu

Baş səhifə

“Fənərbaxça”nın və türk milli komandasının əfsanəvi qapıçısı Volkan Dəmirəlin yeni iş yeri bəlli olub. Sabiq futbolçu yaxın günlərdə Ankaranın məşhur “Gənclərbirliyi” klubunun sükanı arxasına keçəcək.

Mətbuat.az xəbər verir ki, bu barədə Ankara klubunun mətbuat katibi Aykut Çakmaklı məlumat yayıb. O, 44 yaşlı məşqçi ilə anlaşdıqlarını bildirib: “Müqavilə yaxın 2 gün ərzində imzalanacaq”.

Qeyd edək ki, Volkan Dəmirəl bundan əvvəl “Karagümrük”, “Hatayspor” və “Bodrumspor” klublarının baş məşqçisi olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.