
Ucar rayonunda odunla dolu yük maşını aşıb, xəsarət alanlar var.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucarın Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “QAZ-53” markalı yük maşınının sürücüsü, 62 yaşlı Ucar sakini Nuriyev Ələddin Bəhərçin oğlu rayon istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Nəticədə yük maşını yoldan çıxaraq aşıb. Sürücü və sərnişin ağır bədən xəsarətləri alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


