
Bakı. Trend:
Qardaş Türkiyədə Balıkesirdə baş verən zəlzələnin Azərbaycana
hər hansı təsiri yoxdu. Balıkesirdə bu ilin avqust ayında da
zəlzələ olmuşdu. Həmin ərazi Türkiyənin seysmik baxımdan aktiv
bölgələrindən biridi.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Seysmoloji
Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə
Rafiqqızı məlumat verib.
O qeyd edib ki, bu saata qədər Azərbaycan ərazisində hər hansı
ml>3 dən zəlzələ qeydə alınmayıb:
“Qaldı ki, Azərbaycandakı vəziyyətə bildirmək istəyirəm ki,
bizim ərazimiz də aktiv bölgədir. Vaxtaşırı bizim ərazilərimizdə də
maqnutudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınır. Lakin
zəlzələnin dəqiq proqnozu olmadığına görə heç kim zəlzələ olacaq
yaxud olmayacaq kimi hər hansı proqnoz verə bilməz. Bu saata qədər
Azərbaycan ərazisində hər hansı ml>3 dən zəlzələ qeydə alınmayıb
və qardaş ölkədə baş verən zəlzələnin də bizim ərazimizə hər hansı
təsiri yoxdu”.
“Bizim vətəndaşlarımız isə hansısa “ekspertlərin” verdiyi “proqnozlara” inanmasınlar. Adətən qardaş ölkədə və ya Azərbaycana
yaxın hansısa ölkədə zəlzələ olanda “ekspertlər” sosial şəbəkələrdə
Azərbaycanla bağlı hansısa “proqnozlar” verirlər. Bir daha demək
istəyirəm ki, bu proqnozların heç bir elmi əsası yoxdu. Çünki
dünyada zəlzələnin dəqiq proqnozu yoxdur”,- deyə şöbə müdiri əlavə
edib.


