Xətaidə bıçaqlanma hadisəsi baş verib

Baş səhifə

Bakı.Trend:

Xətaidə bıçaqlanma hadisəsi baş verib.

Trend xəbər
verir ki, oktyabrın 27-si saat 00:30 radələrində Bakı şəhəri Xətai
rayonu Kənd Əhmədli qəsəbəsində 2 şəxs arasında baş verən mübahisə
bıçaqlanma ilə nəticələnib.




Belə ki, 1993-cü il təvəllüdlü İbrahim Əliyev 1979-cu il
təvəllüdlü Cəfər Vəliyevin qarın və döş boşluğundan daxilə nüfuz
edən 2 ədəd bıçaq zərbəsi yetirib.

Faktla bağlı 27.10.2025-ci il tarixdə Xətai RPİ-də CM-in
126.1-ci maddəsi ilə cinayət işi başlanıb.