Bu ölkə Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edir

Baş səhifə

Bakı. Trend:

Monteneqro Türkiyə vətəndaşları üçün qüvvədə olan vizasız rejimi
dayandırmaq niyyətindədir.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, buna səbəb kimi son illərdə ölkədə Türkiyə
vətəndaşları ilə bağlı zorakılıq hadisələrinin sayının artması
göstərilir.

Qeyd edilir ki, Türkiyə vətəndaşları Monteneqroda 90 gün vizasız
qala bilirlər. Hazırda Monteneqroda 13 min 308 Türkiyə vətəndaşı
yaşayır. Monteneqrodakı xarici müəssisələrin 28,3 faizi isə Türkiyə
vətəndaşlarına məxsusdur.