Abşeronda yıxılaraq başından zədə alan 66 yaşlı qadın ölüb

Baş səhifə
Abşeronda yıxılaraq başından zədə alan 66 yaşlı qadın ölüb

Abşeron rayonunda yıxılaraq başından zədə alan qadın ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, Saray qəsəbəsi sakini, 1959-cu il təvəllüdlü Allahverdiyeva Şəfiqə Rüstəm qızı yaşadığı fərdi evdə yıxılaraq başından xəsarət alıb.

Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.