Motosiklet və moped oğruları saxlanılıblar

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Binəqədi rayon sakini polisə müraciət edərək naməlum
şəraitdə dəyəri 1500 manat olan “Tufan M-50” markalı motosikletinin
oğurlandığını bildirib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Şərifov müəyyən
olunaraq saxlanılıb.




Nizami rayonunda isə paytaxt sakininə məxsus mopedi talamaqda
şübhəli bilinən daha üç nəfər polis əməkdaşları tərəfindən
saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.