Azərbaycan Atıcılıq Federasiyasının (ASF) baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının (ESC) rəyasət heyətinə üzv seçilib.
Bu barədə “Report”a ASF-nin mətbuat xidmətindən bildirilib.
Avropa Atıcılıq Konfederasiyasının (ESC) Baş Assambleyasında təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılıb.
Assambleyada həmçinin Aleksandr Ratner növbəti müddət üçün ESC prezidenti vəzifəsinə yenidən seçilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

