Bakı. Trend:
Almaniyada quş qripinin (H5N1) sürətlə yayılması ölkə üzrə ciddi
narahatlığa səbəb olub.
Trend xəbər verir
ki, “Spiegel” nəşrinin məlumatına görə, havaların soyuması ilə
yoluxma hallarının daha da artacağı gözlənilir. Hazırda ölkə üzrə
təxminən 400 min quş məhv edilib.
Brandenburq əyalətindəki iki iri təsərrüfatda 130 min qaz,
ördək, toyuq və hind toyuğunun məhv edilməsi qərara alınıb.
Mütəxəssislər vəziyyətin ciddi olduğunu bildirərək, ilk dəfə vəhşi
quşlarda da virusun aşkarlanmasına diqqət çəkiblər. Virusun əsas
daşıyıcısının durnalar olduğu qeyd olunur.
Rəsmilər epidemiya nəzarət altına alınana qədər sərt baytarlıq
və biotəhlükəsizlik tədbirlərinin davam etdiriləcəyini
açıqlayıblar.
Mövcud qaydalara əsasən, xəstəlik səbəbindən məhv edilən
heyvanların sahiblərinə Heyvan Xəstəlikləri Fondu tərəfindən
kompensasiya ödənilir. Hazırda bir heyvana görə 50 avro müəyyən
edilib, lakin Kənd Təsərrüfatı Nazirliyi bu məbləğin 110 avroya
qədər artırılmasını təklif edib. “Bild” qəzetinin məlumatına görə,
Avropa İttifaqı bu təşəbbüsə ilkin razılıq verib.
Nazirlikdən bildirilib ki, zərurət yarandığı halda Texniki
Yardım Xidməti (THW) də quş qripi ilə mübarizə tədbirlərinə cəlb
edilə bilər.

