Bakı. Trend:
Kanadanın ticarət naziri Dominik Leblan ABŞ prezidenti Donald
Trampın rüsumları 10 faiz artırmaqla bağlı təhdidlərinə baxmayaraq,
ABŞ ilə konstruktiv dialoqu davam etdirməyə ümid edir.
Trend-in məlumatına görə, bu barədə nazir “X” sosial şəbəkəsində
yazıb.
“Son həftələrdə amerikalı həmkarlarımızla konstruktiv
müzakirələr zamanı əldə edilən irəliləyişi davam etdirməyə
hazırıq”, – deyə o bildirib.
O qeyd etdi ki, Ottava həm ABŞ, həm də Kanadada işçilərə və
ailələrə fayda verəcək nəticələrə nail olmağa yönəlib.
Onun fikrincə, “irəliləyiş ən yaxşı şəkildə ABŞ administrasiyası
ilə birbaşa qarşılıqlı əlaqə yolu ilə əldə edilə bilər”.

