
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp keçmiş Prezident Ronald Reyqanın
çıxışının təhrif olunduğu reklam çarxına görə Kanada məhsullarına
əlavə 10 faiz tarif tətbiq etdiyini açıqlayıb.
Trend xəbər verir ki, dövlət
başçısı bu barədə “Truth” sosial media hesabında yazıb.
Bir neçə gün əvvəl Tramp reklamla əlaqədar Kanada ilə ticarət
danışıqlarını dayandırdığını bildirmişdi.


