Sosial evlərdə mənzil almaq adı ilə dələduzluq edən şəxsi saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların
külli miqdarda maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 36
yaşlı İlkin Akifoğlu saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.




Araşdırmalarla saxlanılan şəxsin ayrı-ayrı vətəndaşlara sosial
evlərdə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vədlər
verərək dələduzluq etdiyi və zərərçəkənlərin ümumilikdə 90 min
manatdan artıq pulunu mənimsədiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.