Gecə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb olunublar

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Nəsimi rayonunda gecə saatlarında sakinlərin
rahatlığını pozan, yol hərəkəti qaydalarına riayət etməyən
sürücülər və digər hüquqpozmalara yol verən şəxslərlə bağlı polis
əməkdaşları tərəfindən tədbirlər görülüb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları
tərəfindən “Əcəmi dairəsi” adlanan ərazidə gecə saatlarında
keçirilən tədbirlərlə avtoxuliqanlıq hərəkətlərinə yol verən,
nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 4 sürücü
saxlanılaraq məsuliyyətə cəlb olunub.

Paytaxt ərazisində sakinləri narahat edən bu cür halların
qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən
tədbirlər davam etdirilir.