
Bakı. Trend:
Bu gündən etibarən heyvan bazarlarında sağlamlaşdırma
tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti
məhdudiyyətlər tətbiq olunacaq.
Trend xəbər
verir ki, epizootik sabitliyin və bioloji təhlükəsizliyin
qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının
qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər
görülməkdədir.
Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis
orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.
Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində
dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək.
Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların
fəaliyyəti bərpa olunacaq.


