
Bakı. Trend:
Noyabrın 8-də Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə
konsert olacaq.
Trend xəbər
verir ki, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət
ustaları – müğənnilər, rəqs kollektivləri çıxış edəcək.
Konsertin sonunda atəşfəşanlıq olacaq.

