Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib

Baş səhifə
Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, B qrupunda yer alan komandalardan “Sumqayıt” “Ordu”nun qonağı olub.

Qarşılaşma “Ordu”nun 116:81 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, ötən gün A qrupunun oyununda “Sabah” “Gəncə”ni məğlub edib – 87:68. Bu gün B qrupunun digər matçında isə “Lənkəran” “Quba”nı 102:87 hesabı ilə üstələyib.