Bakı. Trend:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı
şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Göyüş Qarayev küçəsində
yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub.
Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən
məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı ağacların qanunsuz kəsilməsi
nəticəsində yaşıllıqlara 7800 manat məbləğində ziyan dəydiyi
müəyyən edilib. Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi
yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış
materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün
hazırlanır.

