
Bakı. Trend:
Azərbaycanın aparıcı fintex platforması m10 və dünyanın ticarət
həcminə görə ən böyük kriptovalyuta birjası Binance, birgə mətbuat
açıqlamasında strateji tərəfdaşlıqlarını davam etdirdiklərini elan
ediblər.
Azərbaycanın Mərkəzi Bankının (AMB) xüsusi tənzimləmə rejimi
(sandbox) çərçivəsində həyata keçirilən m10-Binance
inteqrasiyasının uğurlu nəticələrinə əsaslanaraq, tərəfdaşlıq
ölkənin milli valyutası Azərbaycan manatı (AZN) ilə birbaşa və
rəsmi kripto-fiat əməliyyatlarını təklif edir.
Yenilənmiş inteqrasiya istifadəçilərə m10 və Binance hesabları
arasında manatla birbaşa depozit və çıxarış əməliyyatları aparmağa
imkan verir. Bu sistem tam şəffaf, təhlükəsiz olması və
vasitəçilərin aradan qaldırılması ilə üstünlük təşkil edir.
m10-nun təqdim etdiyi xidmət AMB-nın sandbox rejimində sınaqdan
keçirilən ilk fintex platforması kimi həm rəsmi statusa, həm də
yüksək təhlükəsizlik standartlarına malikdir. Bütün əməliyyatlar
bank infrastrukturu üzərindən həyata keçirilir.
Sınaq mərhələsi çərçivəsində aylıq depozit limiti 20,000 ABŞ
dolları və ya ekvivalent məbləğlə məhdudlaşdırılıb; bu limit hər
ayın ilk günü sıfırlanır. Çıxarışlara isə məhdudiyyət qoyulmur.
Depozit haqqı 1%, çıxarış haqqı isə 1.5% təşkil edir.
“m10 Azərbaycanın fintex sektorunun formalaşmasında mühüm rol
oynamaqda davam edir və bizim üçün rəqəmsal maliyyə sahəsində
innovasiyaların və tənzimləmənin standartlarının tətbiqində
əməkdaşlığın möhkəmləndirilməsi vacibdir,” — deyə PashaPay
şirkətinin Biznes üzrə sahə rəhbəri Hamidə Hacıquluzadə
bildirib.
“Azərbaycan Mərkəzi Bankının sandbox rejimi çərçivəsində həyata
keçirilən Binance ilə strateji tərəfdaşlığımızın ilk mərhələsi
uğurla başa çatıb və indi növbəti mərhələyə keçib — sandbox müddəti
daha altı ay uzadılıb. Məqsədimiz istifadəçilər üçün kripto-fiat
əməliyyatlarına rahat, təhlükəsiz və tənzimlənən çıxış imkanı
yaratmaqdır. Bu kimi layihələr Azərbaycanın fintex ekosistemini
gücləndirir, onun qlobal inteqrasiyasına töhfə verir və
uzunmüddətli strateji tərəfdaşlığa niyyətimizi göstərir.”
“m10 ilə tərəfdaşlıq Azərbaycanın kripto ekosisteminin
inkişafında mühüm mərhələdir. Bu, istifadəçilərə milli valyutadan
rəqəmsal iqtisadiyyatda rəsmi və təhlükəsiz şəkildə istifadə imkanı
yaradır. Azərbaycan regionun ən dinamik bazarlarından biridir və
burada blokçeyn texnologiyasına maraq sürətlə artır. Bu fiat kanalı
kripto əməliyyatlarını daha rahat və şəffaf edir, eyni zamanda
rəqəmsal aktivlərə ümumi etimadı gücləndirir. Layihə Binance-ın
yerli infrastrukturun inkişafına və dünyanın müxtəlif bölgələrində
tərəfdaşlarla sıx əməkdaşlığa sadiqliyini əks etdirir,” — deyə
Binance-ən Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika üzrə
regional rəhbəri Kirilo Xomyakov bildirib.
Yeni funksiyadan istifadə etmək üçün istifadəçilər Binance
tətbiqinə və ya vebsaytına daxil olduqdan sonra Depozit bölməsinə
keçid edib, AZN (m10) seçərək, m10 hesabından vəsait köçürə
bilərlər.
Vəsait çıxarmaq üçün Withdraw (Çıxarış) bölməsini açmaq, m10
hesab məlumatlarını daxil etmək və əməliyyatı tamamlamaq
kifayətdir.
Ətraflı məlumat üçün: https://m10.az/kriptobro
m10 haqqında
m10, Azərbaycanın aparıcı fintex şirkətlərindən biri olan
PashaPay tərəfindən hazırlanmış rəqəmsal cüzdandır və Bir
ekosisteminin fintex həllidir. 2022-ci ildən istifadəyə verilmiş
m10 fərdlər və bizneslər üçün maliyyə əməliyyatlarını
sadələşdirməyi, vəsaitlərin idarə edilməsini və ödənişlərin həyata
keçirilməsini təhlükəsiz və rahat şəkildə təmin etməyi
hədəfləyir.
Daha ətraflı məlumat üçün: https://m10.az/en
Binance haqqında
Binance — dünyanın ən böyük kriptovalyuta birjasının və geniş
blokçeyn ekosisteminin arxasında duran aparıcı
qlobal şirkətdir. 290 milyondan çox istifadəçi və 100-dən çox
ölkədə fəaliyyət göstərən Binance yüksək səviyyəli təhlükəsizlik,
şəffaflıq, ticarət mühərrikinin sürəti, investorların qorunması və
rəqəmsal aktiv məhsullarının zəngin portfeli ilə tanınır.
Binance, kriptonu əsas vasitə kimi istifadə edərək, insanların
maliyyə azadlığını və maliyyə xidmətlərinə çıxışını artırmaq
məqsədilə inklüziv kripto ekosistemi qurmağa sadiqdir.
Ətraflı məlumat üçün: https://www.binance.com


