Bakı. Trend:
Süni intellektin təkmilləşdirilməsi üçün möhkəm qanunvericilik
bazasının yaradılmasına ciddi ehtiyac var.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
sədri Musa Quliyev “SOCGOV 2025: Süni intellekt insan və
transformasiya üçün” adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, süni intellekt dünya miqyasında gündən günə
daha geniş özünü göstərir.
“Süni intellekt bu gün müasir həyatın bir çox hissəsinə dərin
şəkildə inteqrasiya edib. Artıq dünyada süni intellekt həm də
demokratik nəzarət tələb edən ictimai maraq predmeti kimi
qiymətləndirilməkdədir. Onun sosial sahədə tətbiqi zamanı
gizliliyin qorunması kimi məsələləri də nəzərə almaq lazımdır”, –
deyə komitə sədri əlavə edib.

