Bakı. Trend:
Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsxanada dustaqlar
tərəfindən pis qarşılanıb.
Trend-in
məlumatına görə, birinci gecə baş vermiş gərginlik ötən gecə də
davam edib. Keçmiş dövlət başçısı fitə basılıb, təhqir edilib.
Həbsxana əməkdaşları kameralarda axtarış apararaq 2 telefon
aşkar ediblər. Prokurorluq ölümlə hədələmə maddəsi ilə cinayət işi
açıb. Ədliyyə Nazirliyi isə Sarkozini təhdid edən dustaqların bir
qisminin karserə salınacağı, digərlərinin isə başqa yerlərə
köçürüləcəyini bəyan edib.

